AZ

Rusiya hakimiyyəti İmperiya xəstəliyinin təsiri altındadır

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Rusiyada baş verən proseslər sağlam məntiqə sığmır. Rusiya hakimiyyəti İmperiya xəstəliyinin təsiri altındadır və atdığı düşünülməmiş addımlar hər gün bu ölkəni sivil dünyadan, qonşularından və hətta bir zamanlar dostluq etdiyi ölkələrdən uzaqlaşdırır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vasif Əfəndi deyib.

O, qeyd edib ki, bu gün Rusiya faktiki olaraq yanlış siyasətin təsiri nəticəsində izolyasiya şəraitindədir. TASS agentliyinin direktoru Azərbaycan əsilli Mixail Qusmanın tarixi vətənində Şuşa forumunda iştirakı zamanı prezident İlham Əliyevi xarakterizə edən çıxışı Rusiya hakimiyyətini necə qəzəbləndirmişdisə, tanınmış jurnalist Moskvaya dönən kimi dərhal onu 30 il işlədiyi təşkilatdan xaric etdi. Bunun ardınca krımlı Ayvazovsikinin Xankəndində qanunsuz olaraq quraşdırılmış heykəlinin götürülməsini bəhanə edərək öncə Xankəndi şəhərini Stepanakert adlandırıb, sonra isə guya səhvini düzəldərək ərazi vahidi adını mövcud olmayan “Dağlıq Qarabağ” olaraq göstərib:

"Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məscidlər, kilsələr, sinaqoqlar, heykəllər və digər mədəniyət abidələri yalnız müvafiq qurumların sərəncamları ilə inşa edilir. Bu qurumlardan icazə almadan quraşdırılmış bütün tikili və abidələr qanundankənardır.

O cümlədən də Ayvazovsiyə yapılmış heykəl bu qəbildəndir və onun sökülməsi sırf inzibati xarakter daşıyır. Ona görə də Rusiya informasiya agentliklərinin milçəkdən fil düzəltmək cəhdini yalnız münaisbətlərin korlanmasına hesablanmış addım kimi qiymətləndirirəm. Bu mövzuda canfəşanlıq edən Zatulin və Şvıdkoy soyadlı siyasi ekspertlər bu missiyanı yerinə yetirirlər. Bu şəxslər Azərbaycana qarşı kin qusmaq üçün növbətçi ekspertdirlər".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
icma.az

1Mənbələr