AZ

İran rəsmisi: Qərb ölkələri terrorçuları dəstəklədiklərinə görə cavab verməlidirlər

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqai ABŞ və Qərb ölkələrinin İranın guya onların ərazilərində təxribat fəaliyyəti aparması ilə bağlı yaydığı birgə bəyanata münasibət bildirib.

Doğru.az xəbər verir ki, Baqai bu bəyanatı imzalayan ABŞ, Fransa və digər ölkələri beynəlxalq hüququ pozmaqda, terrorçulara və ekstremistlərə yardım göstərməkdə və onları öz ərazilərində sığınacaqla təmin etməkdə ittiham edib.

O, əlavə edib ki, Qərb bu cür hərəkətləri və “gülünc” ittihamları ilə diqqəti öz cinayətlərindən yayındırmağa çalışır.

Xatırladaq ki, Bloomberg agentliyi iyulun 31-də ABŞ-ın İrana qarşı son 7 ilin ən sərt sanksiyalarını tətbiq etdiyini açıqlayıb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
dogru.az

2Mənbələr