AZ

Lopez də Doq kimi erməniləri aldatmasa, İrəvanda konsert olacaq

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi Qərb şou-biznesinin ən məşhur ulduzlarından biri Cennifer Lopez Qərbdə tənqid olunacağından və reputasiyasına xələl gətirə biləcəyindən ehtiyat edərək avqust ayında Rusiyada çıxış etməkdən imtina edib. Cennifer Lopez reputasiyasından narahat olaraq Rusiyada 1 milyon dollara konsert verməkdən imtina edib.Mənbənin sözlərinə görə, Rusiya tərəfi Lopezin Qazaxıstan, Özbəkistan və Ermənistanda konsert verməyi planlaşdırdığını biləndən sonra onunla maraqlanıb. Maş-ın məlumatına görə, müğənni və onun rəhbərliyi 3 ay əvvəl ən azı 1 milyon dollarlıq qonorar qarşılığında Moskvada konsert vermək üçün artıq razılığa gəliblər, verilişin tarixini müəyyənləşdiriblər, lakin sonradan qərarlarını dəyişiblər. Mənbənin sözlərinə görə, müğənni Rusiyada yalnız Ukraynada müharibə başa çatdıqdan sonra çıxış edəcək.

Adalet.az xəbər verir ki, ulduz müğənni konsert rpoqramını  İrəvanda keçirəcək.Xatırladaq ki, İrəvanda Amerikalı repçi, dünyanın ən məşhur ulduzlarından biri Snup Doqun konsertinin təşkili üçün hökumət 2,318 milyard dram( 6 milyon dollar) ayırmışdı. Konsert 23 sentyabr 2023-cü ildə Hrazdan stadionunda keçirilməli idi, konsert "artsax"da baş verən antiterror əməliyatı səbəbilə baş tutmadı. Daha sonra konsert 2024-cü ilə təxirə salındı və sonradan ləğv edildi. Daha sonra isə nə konsert oldu, nə də repçi pulu geri qaytardı.Bir sözlə, “Dünya Ulduzun Erməni Turu” musiqi layihəsində “Snoop Dogg” sözlərinin “Cennifer Lopez” sözləri ilə əvəz edilməsi qərarını təsdiqləyib.Qeyd edək ki, ulduzun konserti avqustun 3-də İrəvanda keçiriləcək.

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
adalet.az

2Mənbələr