AZ

Xətaidə taksi sürücüsü “Opel”i park edilmiş maşına vurub aşırdı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 1-də günorta saatlarında qeydə alınıb.  Belə ki, taksi fəaliyyətiylə məşğul olan 57-BS-249 dövlət nömrə nişanlı “Opel” markalı maşın idarəetmədən çıxaraq yol kənarında dayanmış 10-RT-709 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə dəyib və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da “Opel” yararsız vəziyyətə düşüb. Eyni zamanda digər nəqliyyat vasitəsinə də maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Aşan maşın evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
avtosfer.az

1Mənbələr