AZ

Mənsum İbrahimov: "Arif Babayev çox gözəl, mehriban insan idi"

"Arif Babayev çox gözəl, mehriban insan idi, onunla olanda heç kim darıxmırdı".
 
Moderator.az xəbər verir ki, bunu Xalq artisti Mənsum İbrahimov Arif Babayevin vida mərasimində deyib.
 
O, bu sənətə Arif Babayevin səsini sevib gəldiyini vurğulayıb:
 
"Mən onun sənətini, səsini sevib bu sənətə gəlmişəm. Uzun illər opera və balet teatrında çiyin-çiyinə çalışmışıq.
 
O elə bir irs qoyub gedib ki, yüz illər boyu bizlə qalacaq. Bizim ümidimiz var idi ki, o aramıza qayıdacaq. Lakin qayıtmadı".
Seçilən
8
moderator.az

1Mənbələr