AZ

Azərbaycan qazının Suriyaya tədarükü üçün Qətər ödəyəcək

“Bloomberg” yazır ki, artıq Suriya elektrik stansiyalarına qaz tədarükü üçün maliyyə ayıran Qətər gələn aydan bu məbləği təxminən iki dəfə artıracaq.

Nəşrin mənbələrinə görə, Azərbaycandan Türkiyə ərazisindən keçən boru kəməri ilə Suriyaya sutkada 3,4 milyon kubmetr qaz tədarük ediləcək.

Bu təşəbbüsün beş milyon insanın, eləcə də sənaye müəssisələrinin elektrik enerjisi ilə təminatının sutkada beş saata çatdırılması gözlənilir.

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-dən başlayacaq.

ABŞ-ın Ankaradakı səfiri, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak sosial şəbəkədəki X səhifəsində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlini maliyyələşdirdiyinə görə Qətərə təşəkkür edib.

"Avqustun 2-dən etibarən Türkiyə vasitəsilə tədarük edilən Azərbaycan təbii qazı 800 MVt elektrik enerjisi verəcək, 5 milyon evi işıqlandıracaq. Bu, kritik anda vəziyyətin və sabitliyin həlli istiqamətində mühüm addımdır", - diplomat yazıb.

Almaz Həsənli

Seçilən
39
oxumeni.az

1Mənbələr