AZ

Bakının qətiyyətli mövqeyi: TASS-ın geri çəkilməsi - YENİLƏNİB

Ciddi haqlı etiraz və təzyiqlərindən sonra Rusiyanın TASS agentliyi Azərbaycana qarşı təxribatçı hərəkətindən geri çəkilməli olub.

Hakimiyyet.az xəbər verir ki, 31 iyul 2025-ci ilə tarixdə TASS beynəlxalq hüquq normalarına, eyni zamanda Azərbaycanın suveren hüquqlarına hörmtəsizlik nümayiş etdirərək “Stepanakertdə Ayvazovskinin abidəsi sökülüb” başlıqlı xəbər dərc edib.

Azərbaycan tərəfi rəsmi qaydada bu təxribatçı fəaliyyətinə görə qəti şəkildə TASS-a etiraz edərək bu səhvi düzəltməyi tələb edib.

Bundan sonra 1 avqust 2025-ci il tartixdə TASS agentliyi  “üzrü səhvindən betər” prinsipinə sadiq qalaraq yazının başlığını “Dağlıq Qarabağda Ayavazovskinin abidəsi sökülüb” kimi təqdim edib. Lakin Azərbaycan tərəfi TASS-ın bu yanlışlığını da aradan qaldırmağı tələb edib.

Azərbaycanın sərgilədiyi qətiyyətli mövqedən sonra TASS yazının başlığındakı yanlışlığı aradan qaldırıb. Amma yenə də öz çirkin niyyətindən tam əl çəkməyib. Belə ki, “Qarabağda Ayvazovskinin abidəsi sökülüb” məqaləsində belə bir fikirə yer verib: "Erməni ictimai təşkilatı “Qarabağ Turizm və Mədəniyyətin İnkişafı Agentliyi” Xankəndidə regionun yeni hakimiyyəti tərəfindən 2021-ci ildə Stepanakertdə ucaldılmış İvan Ayvazovskiyə aid abidənin söküldüyünü bildirib".

TASS bu qeydi saxlamaqla bir daha Azərbaycan qarşı çirkin niyyətini başqa formada sərgiləməli olub.

Qeyd edək ki,  Azərbaycanda Xankəndi şəhəri var və bu şəhər də Qarabağ iqtisadi  rayonunun mərkəzidir.

Mürtəza

***

İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbərinə guya düzəliş edib.

Hakimiyyet.az xəbər verir ki, TASS məluma xəbərin başlığından “Stepanakert” ifadəsini çıxararaq “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi sökülüb” kimi düzəliş edib. Bu da bir atalar məsəlində deyildiyi kimi: “üzrü səhvindən betər” məsəlini xatırladır. TASS bilməmiş deyil ki, artıq Azərbaycanda "Dağlıq Qarabağ" deyilən bir ərazi yoxdur. Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur kimi iqtisadi bölgələr mövcuddur və mərkəzi Xankəndi şəhəridir!

Bununla da TASS növbəti bir yanlışlığa və kobud səhvə yol vermiş olub.

Mürtəza

Seçilən
129
50
hakimiyyet.az

10Mənbələr