Argentina millisinin əfsanəvi hücumçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.
Məlumata görə, Leo "İnter Mayami" ilə müqaviləsini 2028-ci ilin sonuna kimi uzadacaq.
Müqavilənin sonunda argentinalının 41 yaşı tamam olacaq.
Messinin “İnter Mayami” ilə hazırkı müqaviləsi cari təqvim ilinin sonuna qədərdir. Forvard 2023-cü ilin yayından PSJ-sindən azad agent kimi keçdikdən sonra Amerika klubunda çıxış edir.