AZ

Azərbaycan komandasında 10 milyon avroluq... Bu VİDEOya diqqət!

“Möhtəşəm nəticələrlə yadda qalan avrokubok gecəsi oldu.

Düzdür, “Zirə”nin heyətlə bağlı çatımazlıqlardan sonra ümidimizi itirmişdik, amma matçın son dəqiqələrində vurulan bərabərlik qolu inamı artırmışdı, sonda güc yetmədi.

“Araz Naxçıvan” isə möhtəşəm futbol və əzmkarlıqla Yunanıstan səfərindən turla qayıtdı.

Felipe Santosun birinci qoldakı ötürməsi 10 milyon avroluq idi. Sadəcə, fantastika!

“Sabah” isə növbəti mərhələnin taleyini Moldovada həll etmişdi. Bir sözlə, Azərbaycan adına iki klubumuzun Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi ölkə futbolu üçün müsbət məqamdır.

Çatışmazlıqlar varmı? Əlbəttə, var”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Aris” - “Araz Naxçıvan” (2:2), “Sabah” - “Petrokub” (4:1) və “Hayduk” – “Zirə” (2:1) matçları barədə maraqlı fikirlər səsləndirilib, növbəti turla bağlı şərhlər verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
5
sportinfo.az

1Mənbələr