AZ

Azərbaycanın qılıncoynatma millisi dünya çempionatında 13-cü olub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş dünya çempionatında 13-cü yeri tutub.

"Report"un məlumatına görə, Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdan ibarət kollektiv ilk dueldə Sinqapur yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Yığma ən güclü səkkizliyə yüksəlmək üçün keçirilən qarşılaşmada ABŞ millisinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Misir sablyaçılarına 37:45 hesabı ilə uduzan komanda Honkonq (45:39) və Ukrayna (45:44) seçmə kollektivlərinə qalib gəlib.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlayaraq 64-lüyə kimi yüksəlsələr də, ən güclü 32-liyə keçirilən görüşlərdə məğlub olublar. Leyla Əhmədova isə mübarizəni qrup mərhəsində dayandırıb.

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət sablya üzrə kişilərdən ibarət komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə uduzub

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzub. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında məğlub olub.

Seçilən
37
13
report.az

10Mənbələr