AZ

İranda baş prokuror evində VURULDU

İranın Kirman vilayətinə bağlı Rəfsəncan şəhərinin baş prokuroru evində bıçaqlı hücuma məruz qalaraq yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, İranın “Tələbə” xəbər agentliyinin məlumatına görə, Kirman Vilayəti Ədliyyə Komitəsinin sədri İbrahim Həmidi hadisə ilə bağlı məlumat verib. H

əmidi adını açıqlamadığı Rəfsəncan Baş Prokurorunun axşam saatlarında evində bıçaqlı hücuma məruz qaldığını və boyun ilə çiyin nahiyəsindən yaralandığını bildirib. 

Prokurorun müalicə üçün xəstəxanaya aparıldığını deyən İranlı rəsmi, hadisə ilə bağlı təqsirkarın şəxsiyyətini müəyyənləşdirmək və onu yaxalamaq üçün hüquq-mühafizə orqanlarından xüsusi bir qrupun təyin olunduğunu qeyd edib. 

Seçilən
1
cebheinfo.az

1Mənbələr