AZ

Zelenski Rusiya ilə bağlı bu addımın atılmasını istədi

Yazını böyüt
Yazını kiçilt

Qərb Rusiyadakı rejimi dəyişməlidir, çünki Ukraynada münaqişə bitdikdən sonra Moskva qonşu ölkələrdə sabitliyi pozacaq.

Hafta.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyada Helsinki razılaşmasının 50 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı deyib:

"Əgər dünya Rusiyadakı rejimi dəyişdirməyi qarşısına məqsəd qoymasa, bu o demək olacaq ki, hətta müharibə bitdikdən sonra da Moskva əvvəlki kimi, qonşu ölkələrdə sabitliyi pozmağa çalışacaq".

Hesab edilir ki, Zelenski bu bəyanatı ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyəti fonunda verib.

Xatırladaq ki, avqustun 1-də Tramp ABŞ administrasiyasının 10 günlük müddət bitdikdən sonra Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətində olduğunu bildirib, baxmayaraq ki, bu, Ukrayna böhranının nizamlanması ilə bağlı vəziyyətə əhəmiyyətli təsir göstərməyə də bilər.

ABŞ lideri, həmçinin onun təhdidlərinə hər hansı reaksiya verməyən Rusiya Prezidenti Vladimir Putindən də məyus olduğunu qeyd edib. Tramp 10 günlük müddət bitdikdən sonra Rusiyadan enerji daşıyıcıları alan ölkələrə qarşı ikinci rüsumlar tətbiq edəcəyinə söz verib. /"The Independent"/

Seçilən
3
hafta.az

1Mənbələr