Xəzər rayonu, Mərdəkan qəsəbəsində ağaclıq ərazidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın ətraf əraziyə yayılmadan qısa müddətdə söndürülüb.