AZ

Rumıniya XİN Tulçada Rusiya bayrağının götürülməsini tələb edib

Rumıniyanın xarici işlər naziri Oana Tsoiu Tulça şəhər meriyasından İncəsənət Muzeyi qarşısında qaldırılmış Rusiya bayrağının götürülməsini xahiş edib.  Xanım Tsoiu qeyd edib ki, Rusiya dövlət rəmzinin yerləşdirilməsi digər ölkələrin bayraqlarının asılması prosedurunu tənzimləyən Rumıniya qanunvericiliyini pozur.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Rusiya bayrağı 2023-cü ilin oktyabrında İncəsənət Muzeyinin qarşısında Aİ, Rumıniya, Ukrayna, Türkiyə və Yunanıstan bayraqlarının yanında quraşdırılıb. Muzeydən verilən məlumata görə, bu bayraqlar turistik məkanların inkişafına yönəlmiş POR 2007-2013 proqramı tərəfindən maliyyələşdirilən tarixi binaların bərpası üzrə Avropa layihəsi çərçivəsində quraşdırılıb.

Rumıniya Xarici İşlər Nazirliyi rəsmi olaraq xarici bayraqların qaldırılmasına imkan verən şərtlərin heç birinə əməl olunmadığını qeyd edib. Xanım Tsoiu Rusiya bayrağı ilə bağlı vəziyyəti qəbuledilməz adlandırıb. O xatırladıb ki, Rusiya suveren qonşuya qarşı qəddar, səbəbsiz və əsassız təcavüzkar müharibə aparır.

Seçilən
7
ikisahil.az

1Mənbələr