AZ

"Qalatasaray"da "ulduz yağışı" davam edir – Geri sayım başladı!

Futbol dünyasında böyük səs-küyə səbəb olan Viktor Osimhen transferindən sonra "Qalatasaray" yeni ulduzların axtarışına start verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarı-qırmızılı klubun gündəmində olan digər ulduz futbolçuların transferi üçün artıq geri sayım başlayıb.

"Qalatasaray"da Viktor Osimhen transferinin rəsmən tamamlanmasından sonra növbəti hədəflər müəyyənləşib. Komandanın baş məşqçisi Okan Buruk bu barədə "A Spor"a açıqlama verib.

Buruk bildirib:

"Osimhen xeyirli olsun. Çox böyük məbləğ ödənildi, amma baxıram ki, Osimhen səviyyəsində olmayan oyunçulara da 60-70-80 milyon avro verilir. Onların heç biri Osimhen səviyyəsində deyil. İndi yaxşı oyunçular ən azı 40-50 milyondan başlayır. Osimhen transferindən sonra prioritetimiz müdafiəçi və qapıçı transferidir."*

Proqramın davamında Okan Buruk qeyd edib:

"Qalatasaray" elə bir klubdur ki, hər kəs burada oynamaq istəyir. Bəzən oyunçular Türkiyəyə isti baxmırlar, amma 'Galatasaray isə, gələrəm' deyirlər".

Son illərdə "Qalatasaray"ın reallaşdırdığı böyük transferlərdə mühüm rola malik olan menecer Corc Qardi isə belə danışıb:

"Dünyanın ən yaxşı 9 nömrəsini transfer etdik. Görüşlər uzun çəkdi. Bu, Türk futbol tarixinin ən böyük transferlərindən biridir. Ona görə də proses bir az vaxt aldı. "Qalatasaray" rəhbərliyi böyük fədakarlıq göstərdi. Osimhen burada oynamaq istəyirdi. Klub azarkeşləri böyük transferlər üçün bir az da səbr etməlidir."

Beləliklə, "Qalatasaray"da transfer həyəcanı bütün sürətilə davam edir. Yeni ulduz adların İstanbul səmasına gəlməsi an məsələsidir.

Tural
Milli.Az

Seçilən
8
2
milli.az

3Mənbələr