AZ

“Vətəndaş Cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində dördüncü tədbir keçirib - FOTOLAR » AzadMedia.az



Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Astarada “Vətəndaş Cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində dördüncü tədbir keçirib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində dördüncü tədbir 29 iyul 2025-ci il də Astara şəhərində “Şindan” hotelin konfrans zalında keçirildi. Tədbirdə əsasən Astara Gənclər evinin könüllü gəncləri, həmçinin cəmiyyətin müxtəlif təbəqəsini təmsil edən nümayəndələr, tələbələr, məzunlardan ibarət 22 nəfər iştirakçı var idi. Tədbiri giriş sözü ilə açan təlimçi Əntiqə Qurbanova tədbirə maliyyə dəstəyi göstərdiyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət dəstəyi agentliyinə öz təşəkkürünü bildirdi və layihə haqqında məlumat verərək iştirakçıları tədbir müddətində fəal olmağa dəvət etdi. Layihənin təlimçisi iştirakçılara, Vətəndaş Cəmiyyətinin inkişafında əsas rolu olan dini-mənəvi dəyərlərimizə aid aşağıdaki mövzular barədə maraqlı məlumatlar verdi:

Mənəvi dəyərlərimiz:dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz və s.
İslam- Mənəvi dəyərin əsasıdır,.İslamın real prinsip və dəyərləri.
İslamda qadın haqları.
Dini fanatizm, xurafat və radikal fundamentalizmə qarşı mübarizə yolları.
Vətəndaş Cəmiyyəti və milli-mənəvi dəyərlərimiz.
Dini tarixi abidələrimiz və Tariximiz.
Tədbir müddətində iştirakçılar çox fəal idilər. Hər çıxış edən iştirakçı rayonun bugünki inkişafı, təhsilin səviyyəsi, Astarada yerləşən Astara Pedoqoji Kollecinin, Astara Gənclər Evinin nümayəndələri ümumilikdə ölkəmizin Cənub bölgəsində olan inkişafdan fəxrlə danışır, öz rayonları, yerli adət-ənənələri haqqında maraqlı məlumatlar verirdilər. Astara rayonunun tarixi, qədimliyini əks etdirən dini-tarixi abidələri haqqında olan çıxışlar iştirakçıları daha çox cəlb etdi. Tədbirdə bizi narahat edən əsas problemlərdən biri, iştirakçılar tərəfindən səsləndirilən belə tədbirlərə bəzi gənclərin hələ də laqeyid qalması, erkən nikah probleminin hələ də mövcud olması idi. Bizi sevindirən hal iştirakçıların fəxrlə istər yerli, istərsə də Beynəxalq səviyyədə şəhərə çox sayda turistlərin gəlməsi haqqında məlumat vermələri idi. Bu isə dini-mənəvi dəyərlərimizin təbliğində özünü biruzə verməsidir. Bununla belə iştirakçıların da etiraf etdiyi kimi, dini fanatizmin, xurafatçılıq, radikalizm meyillərinin olması, mənəvi dəyərlərimizin əsas sütunlarından olan dinimizdən sui-istifadə edilməsi halları, Astarada da var, xüsusən kəndlərdə erkən nikah prolemi yetərincədir. Belə halların aradan qaldırılması üçün, dini-mənəvi dəyərlərimizin qorunub saxlanması, düzgün təbliğinin Vətəndaş Cəmiyyətinin inkişafı üçün əsas rolunu nəzərə alaraq belə tədbirlərin mütəmadi keçirilməsi, cəmiyyətin müxtəlif təbəqələri arasında maariflənmə işinin aparılmasını vacib hesab edirik.

Tədbir iştirakçıları da bu yöndə tədbirlərin yenidən, daha geniş auditorialarda keçirilməsini təklif edirdilər.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edildi.

Fotolar
Seçilən
70
10
azadmedia.az

10Mənbələr