AZ

Rusiya hücumu nəticəsində Kiyevdəki Azərbaycan Evi zərər gördü

Rusiya

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi kombinə edilmiş hava hücumu zamanı Kiyevdə yerləşən Azərbaycan Evi zədələnib. Bu barədə AZƏRTAC məlumat yayıb.Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov bildirib ki, binanın həm ön, həm də arxa fasadındakı şüşələr qırılıb, jalüzilər və mebel əşyaları zədələnib. Xəsarət alan yoxdur.31 iyul tarixində Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hücum edib. Hücumun əsas hədəfi Kiyev olub. Şəhərdə yaşayış binaları, inzibati obyektlər və infrastruktur ciddi zərər görüb. Həlak olanların sayı 28 nəfərə çatıb.1 avqust Kiyevdə matəm günü elan edilib.RusiyaUlusum.az

Diqqət Çəkənlər

İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı

İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin

Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi

Seçilən
10
ulusum.az

1Mənbələr