AZ

Ərdoğan bu gün İstanbulda onlarla görüşür: Yunanıstan niyə qıcıqlanır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda İtaliyanın baş naziri Gorciya Meloni və Liviya Müvəqqəti Hökumətinin sədri Əbdülhəmid Dbeibanı qəbul edəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üçtərəfli sammitdə Liviyadakı vəziyyət, Aralıq dənizində enerji əməkdaşlığı və artan miqrant hərəkətləri başda olmaqla bir çox kritik məsələlər müzakirə olunacaq.

Lakin miqrasiya axınından ən çox təsirlənən ölkələrdən biri olan Yunanıstan və regional sabitlikdə əsas rol oynayan Misirin görüşdə olmaması Afinada “ədalətsiz kənarlaşdırma” kimi qiymətləndirilib. Yunanıstan mediası, xüsusən də İtaliyanın baş naziri Melonini tənqid atəşinə tutub.

“Kathimerini” qəzetindən Kyriakos Velissariou Meloninin mövqeyini şərh edib: "O, Silvio Berluskoninin nəvəsi kimi davranaraq Yunanıstanı incitməyə davam edir".

Seçilən
36
publika.az

1Mənbələr