AZ

Almaniya BMT-nin xətti ilə Qəzzaya 5 milyon avro ayıracaq

Almaniya Ümumdünya Ərzaq Proqramının Qəzza zolağındakı nümayəndəliyinə dəstək məqsədilə əlavə 5 milyon avro ayıracaq.

Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful elan edib.

“Biz Qəzza zolağında Dünya Ərzaq Proqramını dəstəkləmək üçün əlavə 5 milyon avro ayıracağıq. Bu, o cümlədən, çörəkbişirmə sexləri və ictimai iaşə məntəqələrinin fəaliyyətinə dəstək verəcək ki, ortamüddətli perspektivdə Qəzza sakinləri çörək və isti yeməklə təmin olunsunlar”, – deyə nazir bildirib.

O, Qəzza zolağındakı humanitar fəlakətin dərhal dayandırılmalı olduğunu vurğulayıb.

Seçilən
39
1
herbiand.az

2Mənbələr