Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabineti, aldığı qərarla Nobel Kimya Mükafatı laureatı Prof. Dr. Aziz Sancarı vətəndaşlığa qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla vbağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Aziz Sancarın elm, texnika və mədəniyyət sahəsində ŞKTC-yə xidmət edəcəyi və ölkənin xaricdə tanıdılmasına töhfə verəcəyi vurğulanıb:
“Nazirlər Kabineti, 25/1993 saylı Vətəndaşlıq Qanununun 9-cu maddəsinin 1-ci bəndinin B yarımbəndinə əsasən, Aziz Sancarın ŞKTC vətəndaşlığına qəbul edilməsinə qərar verdi”.