AAYDA-nın xarici borcu 13 %-ə yaxın azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 18,3 %-i və ya 918 milyon dolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) aid olub.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.
“Azərbaycan Dəmir Yolları”nın xarici borcu artıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 14,9 %-i və ya 748,3 milyon dolları “Azərbaycan Dəmir Yolları” QSC-yə aid olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xarici borcu 15 %-ə yaxın azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 13,4 %-i və ya 671,3 milyon dolları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % azdır.
Kənd Təsərrüfatı Nazirliyinin xarici borcu 12 % azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 2,5 %-i və ya 122,5 milyon dolları Kənd Təsərrüfatı Nazirliyinə aid olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.
© "Report"