AZ

12 pavian ÖLDÜRÜLDÜ – Zooparka qarşı 100-dən çox ƏRİZƏ VERİLDİ

12 pavianın öldürüldüyü Nürnberq Zooparkına qarşı 100-dən çox ərizə verilib.

İnterpress.az xəbər verir ki, bu həftə Nürnberq zooparkında 12 pavian öldürülüb. Rəhbərlik bunu yer çatışmazlığı ilə izah edib.

Heyvan haqları müdafiəçilərinin etirazları nəticəsiz qalıb, amma indi fəallar ən azı qanuni yollarla ədalətə nail olmaq istəyirlər.

Nürnberq dövlət prokurorluğuna artıq zooparkla bağlı 100-dən çox cinayət şikayəti daxil olub. Onlar həm təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən verilib.

Onların fikrincə, zoopark heyvanların üzrlü səbəb olmadan öldürülə bilməyəcəyini bildirən qanunu pozub.

Rəhbərliyin sözlərinə görə, başqa heç bir zoopark pavianları qəbul etməyə hazır olduğunu bildirmədiyi üçün ekstremal tədbirlər görülməli olub.

Heyvanlar əvvəlcə narkozla yatdırılıb, sonra isə güllələnib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
55
interpress.az

1Mənbələr