AZ

Rusiya hərbçiləri Ukrayna ordusunun Xerson vilayətində desant hazırlayan bazasına zərbələr endirib

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Nikolayev vilayətinin Oçakov şəhərindəki bazasına zərbələr endirib. Ukrayna qüvvələri Tendrovska və Kinburnskaya desant endirməyə hazırlaşırdılar.

Herbiand.az xəbər verir ki, bu barədə Xerson vilayətinin başçısı Vladimir Saldo bildirib.

“Hərbçilər yüksək dəqiqlikli silahlarla zərbələr endirib və döyüşçülərin Tendrovska və Kinburnskada yerləşdirilməyə hazırlaşdıqları bazanı sıradan çıxarıblar”, - Saldo deyib.

O əlavə edib ki, baza əsasən əcnəbi muzdluların hazırlanması üçün istifadə olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
herbiand.az

1Mənbələr