Bakı. Trend:
Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərəkçoxsaylı vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitini ələkeçirən “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” Məhdud MəsuliyyətliCəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəbaşlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətininməlumatında deyilir.
Bildirilib ki, ibtidai istintaqla “365TOURISM” MMC-nin rəhbəriNəcəfov Ruslan İlyas oğlu, “JOBS” MMC-nin rəhbəri Xəlilov MehrabNəzər oğlu və “TEMPOTRIPS” MMC-nin rəhbəri Təhməzova Sədaqət Təhməzqızının qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəsəlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalanməlumatlar daxil etməklə və saxta sənədlər hazırlamaqlavətəndaşlara xarici ölkələrdə yüksək gəlirli işlə təminolunacaqlarına dair yalan vədlər verərək 71 şəxsin ümumilikdə 223min manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluqetmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ruslan Nəcəfov, Mehrab Xəlilov vəSədaqət Təhməzovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdardaziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqlavəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifəsaxtakarlığı) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini,möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama,satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittihamelan edilərək, Ruslan Nəcəfov və Mehrab Xəlilov barəsində istintaqorqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləhəbs, Sədaqət Təhməzova barəsində isə istintaq orqanının qərarı iləpolisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Eyni zamanda “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” MMC-lərbarəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatbaşlanıb.
İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 223 min manat maddi ziyanın105 min manatının ödənilməsi təmin edilib və cinayət işi baxılmasıüçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.