AZ

Orban: “Aİ ABŞ la özü üçün əlverişsiz olan razılaşma əldə etdi”

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“AK sədri Amerika qarşısında səlahiyyətinə aid olmayan öhdəliklər götürüb”

“Avropa İttifaqı (Aİ) Vaşinqtonla özü üçün əlverişsiz olan razılaşma əldə etdi”. AYNA.AZ xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenlə ABŞ Prezidenti Donald Tramp arasında razılaşmaları belə şərh edib.

“AK sədri Amerika qarşısında səlahiyyətinə aid olmayan öhdəliklər götürüb" deyən Macarıstan hökumətinin başçısı Aİ-də heç kimin bu cür sövdələşmələr bağlamaq üçün fon der Leyenə səlahiyyət vermədiyini vurğulayıb.

"Ukraynalılara Amerika silahları veriləcək, bunun əvəzini avropalılar ödəyəcək. Məndən bu barədə heç kim soruşmayıb və Avropanın bu məsələ ilə bağlı qərarı yoxdur", - Orban əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
ayna.az

1Mənbələr