AZ

MİQ-in vakansiya seçimində yenilik: rahatlıq, yoxsa məhdudiyyət? 

Keçdiyimiz gün MİQ (Müəllimlərin İşə Qəbulu) üzrə vakansiya seçimi ilə bağlı mühüm yenilik ictimaiyyətə təqdim olundu.

Bildirildi ki, bu ildən etibarən müəllimlərin faktiki yaşayış ünvanına uyğun şəkildə yerləşdirilməsinə üstünlük veriləcək.

Yeni yanaşma  yaşayış yerinə əsaslanan yerləşdirmə müəllimlərə rahatlıq gətirəcək, yoxsa seçim imkanlarını azaldacaq?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri AzEdu.az-a danışıb. 

Ekspert qeyd edib ki, Müəllimlər yalnız yaşayış ünvanına uyğun şəkildə yerləşdiriləcəklər deyə bir məhdudiyyət yoxdur:

"Nurlan İsmayılbəylinin jurnalistlərin təşkil etdiyi brifinqdə bir çox məsələlərə toxunuldu. Onlardan biri də müəllimlərin işə qəbul müsabiqəsində vakans seçimi ilə bağlı edilən yenilikdir.

Bildirdiyiniz kimi, bu ildən etibarən müəllimlərin faktiki yaşayış ünvanlarına uyğun yerləşdirilməsinə üstünlük veriləcək. Amma bu, yeganə qərar deyil. Başqa sözlə, bu qərar dəyişməz deyil. Müəllimlər yalnız yaşayış ünvanına uyğun şəkildə yerləşdiriləcəklər deyə bir məhdudiyyət yoxdur. Gəlin, burada ehtiyatlı olaq".

Mən sosial şəbəkələrdə və mediada verilən açıqlamalarda bunu oxuyuram və gülürəm

"Bəzi insanlar elə düşünürlər ki, bu qərar mütləqdir və müəllim yalnız yaşayış ünvanının yaxınlığına görə yerləşdiriləcək. Xeyr, belə deyil.Sadəcə, bu meyara daha çox üstünlük veriləcək. Məsələn, Lənkəranın bir kəndində qeydiyyatda olub, orada yaşayan müəllim daha çox həmin ərazidəki vakansiyalara üstünlük verəcək. Əgər belə olsaydı ki, yalnız həmin ərazidəki vakansiyalara müəllimlik işinə qəbul mümkün olsun, mən bunu yaxşı qərar saymazdım. Çünki müəllim yalnız yaşadığı yerə görə vakansiya üçün gözləməli olardı, sayı məhdud olardı və s. O da yalnız MİQ vasitəsilə müəllim işləmə şansını qazanardı. Bu isə seçim imkanını azaldar, hətta ciddi şəkildə məhdudlaşdırardı. Mən bu fikrə tamamilə razı olmazdım". 

Əgər üstünlük yalnız nəzəri aspekt olaraq qalsa və vakansiyaların yerləşdirilməsi tamamilə yaşayış ünvanına görə aparılsa, bu, o qədər də uğurlu olmaz

"Amma məsələ ondadır ki, bu meyara daha çox üstünlük veriləcək, digər şərtlər isə qalacaq. Məsələn, Lənkəranın bir kəndində yaşayan müəllim MİQ-in vakansiya seçimində digər yerləri də seçə biləcək. Yəni, üstünlük yaşayış ünvanına veriləcək. Bu, əslində, yaxşı qərardır. Amma bir məsələ var ki,  əgər üstünlük yalnız nəzəri aspekt olaraq qalsa və vakansiyaların yerləşdirilməsi tamamilə yaşayış ünvanına görə aparılsa, bu, o qədər də uğurlu olmaz".

Seçilən
16
azedu.az

1Mənbələr