AZ

Rusiya Azərbaycandan idxalı artırır

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan qeyri-neft məhsullarının aparıcı alıcısı Rusiya olub.

Ölkə.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aylıq İxrac İcmalında bildirilib.

Yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 586 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

Azərbaycandan qeyri-neft məhsullarının idxalına görə Türkiyə ikinci yerdədir; hesabat dövründə həcmi 6,4% azalaraq 287,2 milyon ABŞ dolları təşkil edib.

Üçüncü yeri Azərbaycandan 154,8 milyon ABŞ dolları (artım 36,1%) dəyərində qeyri-neft məhsulları idxal edən Gürcüstan tutur.

İsveçrəUkrayna isə 4-5-ci yerləri tutublar. Azərbaycandan bu ölkələrə qeyri-neft ixracının həcmi müvafiq olaraq 151,5 milyon ABŞ dolları (2,5 dəfə artım) və 95,8 milyon ABŞ dolları (artım 1,9 dəfə) təşkil edib.

Eyni zamanda, bu ilin iyun ayında Azərbaycandan:

  • Rusiyaya143,1 milyon ABŞ dolları (artım 24,8%),

  • Türkiyəyə35,9 milyon ABŞ dolları (azalma 14,5%),

  • Gürcüstana29,3 milyon ABŞ dolları (artım 63,7%),

  • İsveçrəyə6,7 milyon ABŞ dolları (artım 23,7 dəfə),

  • Ukraynaya19,3 milyon ABŞ dolları (artım 1,8 dəfə)
    dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Seçilən
13
1
olke.az

2Mənbələr