AZ

Kamçatkada zəlzələ və sunami Rusiyanın nüvə sualtı qayıqlarına ziyan vura bilər

Kamçatkada baş verən güclü zəlzələ və ardından gələn sunami Rusiya donanmasının Rıbaçi kəndində yerləşən strateji nüvə sualtı baza ərazisinə də təsirsiz ötüşməyib.

QHT.az xəbər verir ki, peyk görüntülərinə əsasən estakadalardan birində ciddi yer dəyişməsi müşahidə edilib. Mütəxəssislər hesab edirlər ki, strukturun zədələnməsi ciddi nəticələr doğurmaya bilər. Təhlükənin miqyası hələ də tam bəlli deyil. Sualtı qayıqların dalğalar baş verməmişdən əvvəl dənizə çıxarılıb-çıxarılmaması sual altındadır. Rıbaçi ABŞ-a ən yaxın olan Rusiya nüvə bazasıdır və burada mühüm liman infrastruktur mövcuddur.

Britaniya ekspertləri estakadada zədələnmələr olduğunu, lakin sualtı qayıqlarda ciddi ziyan əlamətləri görünmədiyini bildiriblər. Bəzi görüntülərdə isə estakadalarda iki sualtı qayığın hələ də olduğu müşahidə olunub.

Nəticə olaraq, baza ətrafında zərərin miqyası barədə yekun rəy vermək üçün hələlik kifayət qədər məlumat yoxdur.

 

R.İmanov

Seçilən
6
qht.az

1Mənbələr