"Bu məsələ üzərində təhqiqat başa çatmayınca qəzzalı mühacirlərə sığınacaq verilməyəcək. Qəzzadan Fransaya gələn fələstinlilər ikidərəcəli yoxlamadan keçiriləcəklər",- Barro deyib.
2023-cü ilin 7 okyabrında Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının İsrailə hücumu nəticəsində Qəzza zolağında müharibə başlayandan bəri Fransa500-dən çoxinsana, o cümlədən yaralı uşaqlara, jurnalistlərə, tələbələrə və sənət xadimlərinə sığınacaq verib.
Məlumata görə, sözügedən qəzzalı xanım tələbə isə ölkənin şimalındakı Lil Siyasət Elmləri Universitetinin tələbəsi idi. Haqqında ittiham irəli sürüldükdə təhsil müəssisəsindən kənarlaşdırılıb.
![]() |
Bir sıra ölkə Qəzzaya hava vasitəsilə yardım çatdırıb |VİDEO |
Digər tərəfdən, maraqlıdır ki, Parisin "fələstinlilərdən üz çevirdiyi" bir şəraitdə bu gün Qəzza zolağına təyyarələrdən hava vasitəsilə humanitar yardım paketləri çatdırılıb. Bu yardımın göndərilməsində İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya və Almaniya ilə yanaşı Fransanın da payı var.
Firudin Həmidli
AzVision.az