AZ

Türkiyənin türk dövlətlərinə ixracı rekord həddə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin ilk yarısında Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana  ixracı rekord həddə çatıb. Belə ki, 6 ayda ixrac 5 milyard 93 milyon 718 min dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

Məlumata görə, bu ölkələrə ixrac ötən ilin eyni dövründə 4 milyard 983 milyon 480 min dollar idi.

Bu ölkələr arasında 1,51 milyard dollarla ən çox ixrac Qazaxıstana edilib. Qazaxıstandan sonra ən çox ixrac 1 milyard 417 milyon 850 min dollarla Azərbaycana edilib.

Sözügedən dövrdə Özbəkistana ixrac 931 milyon 604 min dollara, Qırğızıstana ixrac 639 milyon 373 min dollara, Türkmənistana ixrac 594 milyon 769 min dollarla bərabər olub.

Bu dövrdə türk dövlətlərindən idxal isə 4 milyard 3 milyon 881 min dollar olub. Türkiyə ilə bu ölkələr arasında ticarət dövriyyəsinin həcmi 9 milyard 97 milyon 599 min dollar olaraq hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
15
1
banco.az

2Mənbələr