AZ

KİV: Macarıstan Rusiya müdafiə sənayesinə sanksiyalardan yayınmağa kömək edir

Rusiyanın "Rus Helicopters" şirkəti Macarıstan Müdafiə Nazirliyinin 4-5 Mi-17 helikopterinin əsaslı təmiri üzrə tenderində iştirak edib. 

HİT.az xəbər verir ki, bu barədə “Militant Intelligence” qrupu ilə birgə araşdırma aparan beynəlxalq “InformNapalm” məlumat yayıb.

Mütəxəssislər Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlər şəbəkəsini sındıraraq onların daxili korporativ yazışmalarını əldə edə biliblər. 

"Onların bəziləri xarici podratçılarla aparılıb və beynəlxalq sanksiyalardan yayınmağın boz sxemlərini üzə çıxarıb", deyə ekspertlər qeyd edib.

Rusiya FSVTS (digər ölkələrlə hərbi-texniki əməkdaşlıqla məşğul olan xidmət) məktubunda Rusiya helikopterlərinin Macarıstan Müdafiə Nazirliyinin Mi-17-nin əsaslı təmiri üzrə tenderində iştirak etmək səlahiyyətini rəsmən təsdiqləyib.

Eyni zamanda, təmirə tərtibatçı, yəni Mil Moskva Helikopter Zavodu cəlb edilməli idi. Bu, Rusiya hərbi sənaye kompleksinin müəssisələrinin 2014-cü ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Macarıstan silahlarının modernləşdirilməsində birbaşa iştirak etdiyini göstərir.

Sənəddə göstərilir ki, müqavilələrdən birinə əsasən Rusiyanın “Oboronprom” şirkəti texniki dəstək və təmir üçün 16,9 milyon dollardan çox məbləğdə sifariş alıb. 2016-cı ilin fevral ayına olan məlumata görə, 4,6 milyon ABŞ dolları dəyərində iş tamamlanıb.

Dərc edilmiş sənədlərdə Rusiya Federasiyasının iştirakı ilə beynəlxalq əməkdaşlığın digər nümunələri də göstərilir. Sənədlərdən birinə görə, İsrailin IAI şirkəti Macarıstan üçün Mi-35 helikopterlərinin modernləşdirilməsində və Hindistanda Ka-226 layihəsi üzrə Rusiya Federasiyası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Ümumiyyətlə, ekspertlərin fikrincə, Macarıstan Avropa İttifaqının təhlükəsizliyinin zəif həlqəsidir və Moskvanın Şimali Atlantika Alyansına qapısıdır. Budapeştin köməyi ilə ruslar əlavə gəlir əldə etməklə yanaşı, NATO ölkələrində bəzi kritik müdafiə sistemlərinin saxlanmasına da nəzarət edirlər.

Samir

Seçilən
17
hit.az

1Mənbələr