AZ

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

ABŞ-nin şərq sahilində fırtınalı hava şəraiti ilə əlaqədar Nyu Yorkda fövqəladə vəziyyət elan edilib.

Bu barədə şəhərin meri Erik Adams məlumat verib.

"Mən fövqəladə vəziyyət elan etmişəm. Səyahət xəbərdarlığı və daşqın təhlükəsi səhər saat 8-ə qədər qüvvədə olacaq. Mümkünsə, küçəyə çıxmayın. Öz avtomobilinizi idarə etməyin. Yolları su basıb, təcili yardım xidmətləri işləyir", - mer X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Fırtına ABŞ-nin şimal-şərqində hava nəqliyyatını dayandırıb, səkkiz hava limanında ən azı 1170 uçuş ləğv edilib və yüzlərlə uçuş gecikib.

Seçilən
17
aznews.az

1Mənbələr