Ali təhsil tarixində ilk dəfə olaraq insanabənzər robot Çinin aparıcı universitetlərindən birinə magistr proqramına qəbul edilib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “South China Morning Post” (SCMP) xəbər verib.
Şanxay Elm və Texnologiya Universiteti tərəfindən “DroidUp Robotics” texnologiya şirkəti ilə birgə hazırlanmış “Xueba 01” (“Xueba” Çin dilində “əla tələbə” deməkdir) sentyabrın 14-də Şanxay Teatr İnstitutunda təhsil almağa başlayacaq. Robot ənənəvi Çin operası ilə drama və kino üzrə dörd illik magistr proqramına qəbul olunub.
Layihə 27 iyulda Şanxayda keçirilən süni intellekt üzrə Beynəlxalq Konfransda süni intellektin incəsənətə inteqrasiyası üzrə akademik təşəbbüsün bir hissəsidir.
“Xueba 01” silikon dəri ilə örtülmüş üz ilə təchiz edilmiş və mimika nümayiş etdirmək, insanlarla fiziki qarşılıqlı əlaqə qura bilir. Hündürlüyü 175 sm, çəkisi 30 kq olan robot artıq potensialını nümayiş etdirib. Cihazın ilkin versiyası apreldə Pekində keçirilən ilk humanoid yarımmarafonunda üçüncü yeri tutub.
Təlimin bir hissəsi olaraq “Xueba 01” teatr dərslərində, məşqlərdə və tamaşalarda iştirak edəcək və yekun dissertasiya üzərində işləyəcək. Layihəyə rəssam və institut professoru Yan Çinçin rəhbərlik edəcək.
QAZİLER.AZ