Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, Almaniya bundesverinin Erhard Byuler generalı Rusiyanın Baltikyanı ölkələrə hücum edəcəyi təqdirdə, NATO-nun Ktoniqsberq şəhərini (indiki Kalininqrad) məhv edəcəyini bildirib. O, Rusiyanın bölgədə silahlar yerləşdirməsinin alyans üçün ciddi təhdid olduğunu qeyd edib.
Generalın sözlərinə görə, 2017-ci ildən bəri Rusiya Kyoniqsberqdəki hərbi potensialını fəal şəkildə artırır, əraziyə hava hücumundan müdafiə sistemləri, yer-yer və yer-dəniz raketləri və nüvə başlıqları daşıya bilən “İsgəndər” sistemləri yerləşdirir. Onun fikrincə, burada məqsəd münaqişə baş verəcəyi təqdirdə, NATO qüvvələrinin Baltikyanı ölkələrə köçürülməsinə mane olmaqdır.
Byuler deyib: "Köniqsberq belə cəbbəxana ilə nə təyyarələrə, nə də gəmilərə Baltikyanı ölkələrə getməyə imkan verməməyə qabildir. Bu siqnaldır: kömək göndərməyə cürət etməyin".
O, NATO-nun ilk hücum etməyəcəyini, lakin Rusiyanın təcavüzə başlayacağı halda, cavab verməyə borclu olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu halda “ağlabatan cavab” Köniqsberqə və Rusiya ilə Belarusun dərinliklərindəki hərbi bazalara zərbə endirmək olardı.
Hürr Tərcüman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.