AZ

"Kazinolar turizmlə vəhdət təşkil edən sahələrin gəlirlərini artıracaq" — AÇIQLAMA

"Azərbaycanın yerləşmə mövqeyi və siyasi sabitliyi kazino biznesini Bakının turistləri üçün daha da cəlbedici edəcək". 

Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycanda kazinoların leqallaşdırılması və istifadəyə verilməsi bir çox istiqamətlərdə iqtisadi və turizm baxımından müsbət təsirlər göstərəcək:

"Üst seqment turist axınını artıracaq, xüsusilə Qazaxıstan, Rusiya, Yaxın Şərq, Çin və Türkiyədən gələn zəngin səyahətçilər kazino olan ölkələri daha çox üstün tuturlar. Bu tip turistlər yalnız kazinoya deyil, lüks otellər, restoranlar, spa və premium alış-verişə də böyük məbləğdə pul xərcləyirlər. Kazinolar vasitəsilə vergi daxilolmaları və turizmlə vəhdət təşkil edən sahələrin gəlirləri artacaq.

Beynəlxalq təcrübə də onu göstərir ki, kazinoların fəaliyyət göstərdiyi iri şəhərlər zəngin şəhərlər sırasındadır. Gürcüstanda Batumi modeli buna misal ola bilər. 2012-2019-cu illər arasında turizm və oyun sənayesi sayəsində Batumidə iqtisadi sıçrayış olmuşdu".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
30
1
demokrat.az

2Mənbələr