AZ

350 minə satıldı: 600 kilo dəmirdən hazırlanıb

Van şəhərində yaşayan iranlı heykəltəraş Əli Mutii, tullantı dəmir hissələrindən düzəltdiyi “Van Gölü Canavarı” heykəlini 350 min lirəyə (təxminən 19 min manat) satıb.

Sherg.az xəbər verir ki, 2016-cı ildən Van şəhərində yaşayan 56 yaşlı sənətkar 600 kiloqram dəmir, vint, mıx və avtomobil hissələrindən 5 metr uzunluğunda, 2 metr hündürlüyündə simvolik heykəl düzəldib. 3 ayda hazırlanan bu əsər qısa müddətdə böyük maraqla qarşılanıb.

Heykəl hazırda Van qalasının qarşısındakı bir restoranın həyətində sərgilənir və həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edir. Ziyarətçilər heykəlin önündə foto çəkdirərək sosial şəbəkələrdə paylaşır, bu da şəhərin tanıtımına töhfə verir.



 
Mutii bildirib ki, Van Gölü Canavarı bölgəyə aid bir əfsanədir və bu ideyanı metal sənəti ilə canlandırmaq istəmişdir. İndiyədək 150-yə yaxın heykəl hazırladığını qeyd edən sənətkar bu layihənin böyük rezonans doğurduğunu deyib.

Heykəli alan restoran sahibi Hamza Kurt isə canavarın Vanla bağlı mifik bir simvola çevrildiyini və turistlərin marağını artırdığını söyləyib: “Buraya gələnlər heykəlin önündə foto çəkdirir, xoş xatirələr toplayırlar. Məqsədimiz tariximizi və mədəniyyətimizi tanıtmaqdır.”



Seçilən
9
1
sherg.az

2Mənbələr