AZ

İoannisyan: İrəvan Bakının 4 ölkə ilə həyata keçirdiyi layihədən kənarda qaldı

BAKI, 1 avqust. TELEQRAF

“Ermənistan Cənubi Qafqaz və Avropanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsindən kənarda qalıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar İttifaqı” adlı QHT-nin sədri Daniel İoannisyan deyib.

“Beləliklə, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan öz elektrik şəbəkələrini birləşdirmək üçün Qara dənizin altından yüksək gərginlikli xətt çəkəcəklər. Bu, bütün bu ölkələrin enerji sabitliyi və inkişafı üçün böyük imkandır. “Məlumatlı Vətəndaşlar İttifaqı” olaraq araşdırma apardıq və məlum oldu ki, Ermənistan nə qədər iştirak etmək istəsə də, bu layihədən kənarda qalıb”, - QHT rəhbəri bildirib.

İoannisyan qeyd edib ki, layihəyə qoşulmaq Ermənistanda sərfəli günəş və nüvə enerjisi potensialını əhəmiyyətli dərəcədə artıracaqdı:

“Amma deyəsən, bu baş verməyəcək. Üstəlik, bunun əsas səbəbi Ermənistanın energetika sahəsinə cavabdeh idarəsinin olmaması və 10 ildir Ermənistanla Gürcüstan arasında yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilişinə başlaya bilməməsidir”.

Xatırladaq ki, sözügedən layihənin təşəbbüskarı Azərbaycandır.

Seçilən
13
teleqraf.com

1Mənbələr