AZ

Ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlər üçün təlim keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlərə təlim keçib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Təlimdə prorektor BDU-nun son illərdə beynəlxalq reytinq sıralamalarında Cənubi Qafqazda birinci olduğunu diqqətə çatdırıb. Bu, tədrisin və elmi tədqiqatların keyfiyyətinin artırılması ilə birbaşa bağlı olan göstəricidir. Bildirib ki, BDU ölkənin əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması işini yüksək peşəkarlıqla həyata keçirir. İxtisas seçimi zamanı belə məsələlərə diqqət etmək önəmlidir. BDU ailəsinin üzvünə çevrilmək istəyən gənclərə tədrisin, elmin, tədqiqatın və sosial həyatın hər bir sahəsində şərait yaradılır. Bununla bərabər, universitetin maddi-texniki bazası ildən-ilə inkişaf etdirilir, elmi-tədqiqat və tədris laboratoriyaları ən son texnologiyalarla təchiz olunur.

Sonda Fərda İmanov abituriyentlərin və valideynlərin suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr