AZ

TENDER: Gül və əklillərin satınalınması

Finss.az - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Təchizat İdarəsi "Gül və əklillərin satın alınması" üzrə yeni satınalma müsabiqəsi elan edib.

Dövlət satınalmaları portalında yerləşdirilən məlumata əsasən, ümumi ehtimal olunan məbləğ 19.354,95 manat təşkil edir. Müsabiqəyə dair təkliflər 18 avqust 2025-ci il saat 12:00-dək təqdim olunmalıdır. Elə həmin tarixdə və saatda zərflərin açılışı da nəzərdə tutulub.

Satınalma aşağıdakı məhsulları əhatə edir:
– Qızılgül (tikansız, qırmızı rəngli, 70–80 sm) – 2.000 ədəd
– Qərənfil (standart ölçülü, qırmızı) – 2.000 ədəd
– Ən azı 440–450 qərənfildən ibarət əklil – 17 ədəd
– Qızılgül əklili (diametri 130–150 sm, xüsusi əklil taxtası üzərində sıx yığılan, təbii güllərdən) – 17 ədəd

Müsabiqədə iştirak haqqı 38,7099 manat, istifadə haqqı isə 25 manat müəyyən olunub. Qaydalara əsasən, iştirak haqqı yalnız tenderin iştirakçılarının sayı üçdən az olduqda və satınalma keçirilmədikdə geri qaytarılır. Digər hallarda bu vəsait geri ödənilmir.

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq və sənədlərlə tanış olmaq üçün satınalan təşkilatın nümayəndəsi Turxan ilə əlaqə saxlamaq mümkündür. Əlaqə telefonu: (051) 235 00 39, elektron poçt ünvanı: [email protected]

Seçilən
8
fins.az

1Mənbələr