AZ

PUSU silah sistemindən ilk dəfə hava hədəfinə atış yerinə yetirilib

“Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən PUSU silah sistemindən ilk dəfə hava hədəfinə qarşı atış həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, atış zamanı PUSU silah sistemindən buraxılan CİRİT lazerlə idarə olunan raketi hədəfi uğurla vurub.

Bildirilib ki, yüksək dəqiqlikli atış qabiliyyəti ilə CİRİT bir daha döyüş meydanındakı effektivliyini sübut edib.

“Roketsan” PUSU silah sistemini ilk dəfə “SAHA EXPO-2024” sərgisində nümayiş etdirib. Bu silah sistemi üzərində daşıdığı 4 ədəd CİRİT raketi ilə 8 kilometrə qədər məsafədəki hədəfləri məhv edə bilir.

Seçilən
6
1
poliqon.az

2Mənbələr