AZ

Türkiyə təyyarədə tələsən sərnişinləri cərimələməyə başlayıb

Türkiyədə təyyarə tam dayanmadan yerlərini tərk edən sərnişinlər ilk dəfə cərimələnib.

Qaziler.az xəbər ki, bu barədə “HavaSosyalMedya” aviasiya ictimaiyyəti məlumat yayıb.

İnsident “Pegasus” Hava Yollarına məxsus Sofiya-İstanbul Sabiha Gökçen hava limanına uçan PC272 reysinin bortunda baş verib.

Məlumatda qeyd olunub ki, eniş etdikdən sonra bəzi sərnişinlər təyyarə bələdçilərinin təyyarə tam dayanana qədər yerində qalmaları barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, özbaşına oturacaqlarından qalxaraq əl yüklərini çıxarmağa başlayıblar. Nəticədə ekipaj polis çağırmalı olub. İlkin məlumatlara görə, qanunu pozanlar 70 dollar məbləğində cərimə olunublar.

Bu, Türkiyədə may ayından bəri tətbiq edilən yeni qaydalarla bağlı ilk hadisədir. Mövcud qaydalara görə, təyyarə sürərkən və ya “təhlükəsizlik kəmərlərini bağlayın” siqnalı söndürülməmişdən əvvəl hava gəmisinin salonunda vaxtından əvvəl ayağa qalxmaq inzibati xətaya bərabərdir. Artıq sanksiyalar Türkiyə hava limanlarından uçan bütün daxili və beynəlxalq reyslərə şamil edilir.

Səlahiyyətlilər vurğulayıblar ki, bu cür tədbirlər sərnişinlərin təhlükəsizliyini artırmaq, eniş və hərəkət zamanı fövqəladə halların qarşısını almaq məqsədi daşıyır.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr