Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsininMətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsindəaparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 avqust saat08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkətiqismən məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdənqeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yolhərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinəriayət etmələri xahiş olunub.