2024/25 mövsümündə Region Liqasının qalibi olaraq İkinci Liqaya vəsiqə qazanan “Xankəndi” Futbol Klubu heyətində yenilənmə prosesini davam etdirir.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi qarşılıqlı anlaşma əsasında 6 futbolçusu ilə yollarını ayırıb:
Vüqar Rəhimov
Ramil Əhmədov
Sirac Məmmədli
Valeh Qəhrəmanlı
Firdovsi Kazımov
Məhəmməd Alıyev
Qeyd edək ki, "Xankəndi" FK ev oyunlarını Xankəndi şəhərində oynamaq üçün Gənclər cə İdman naziri Fərid Qayıbova müraciət ünvanlayıb.