AZ

Professor Əziz Səncərə Şimali Kipr vətəndaşlığı verilib

Ankara, 1 avqust, AZƏRTAC

Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncərə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) vətəndaşlığı verilib.

AZƏRTAC xəbər verir ki, Şimali Kipr hökumətinin müvafiq qərarı avqustun 1-də ŞKTC Nazirlər Kabinetinin rəsmi bülletenində dərc olunub.

Qərarın mətnində qeyd olunub ki, Ə.Səncər Şimali Kiprdə elmin, texnologiyanın və mədəniyyətin inkişafına, həmçinin ölkənin xaricdə təbliğinə sanballı töhfə verə bilər.

Kimya üzrə Nobel mükafatı laureatı sosial şəbəkələrdə üzərində aşağıdakı sözlər yazılmış sviterinin fotosunu paylaşıb: “ŞKTC tanınmalıdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
12
1
azertag.az

2Mənbələr