AZ

Paşinyan payız döyüşünə HAZIRLAŞIR

Ermənistanda Polis Qvardiyası BTR-80 və BRDM-2 zirehli transportyorları ilə təchiz ediləcək. 

Onlardan hərbi vəziyyət elan edilmiş ərazidə keçirilən hərbi əməliyyatlar çərçivəsində antiterror əməliyyatlarında iştirak edərkən və ya xüsusi tapşırıqları yerinə yetirərkən polis mühafizəçisi, polis rəisinin əmri ilə polis orqanları istifadə edə biləcəklər. 

Qeyd edək ki, qərarı imzalayan Baş nazir Nikol Paşinyanın bu addımı birmənalı qarşılanmayıb. Onun polisi gücləndirməsi və silahlandırması Ermənistanda qarşıdurma olacağı iddialarının yayılmasına səbəb olub. 

Politoloq Züriyə Qarayeva mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın ölkədə Polis Qvardiyasını BTR-80 və BRDM-2 tipli zirehli transportyorlarla təchiz etməsi yeni siyasi ehtimalları gündəmə gətirib: 

"Rəsmi izahatda bu texnikanın hərbi vəziyyət elan olunmuş ərazilərdə antiterror əməliyyatlarında və xüsusi tapşırıqlar zamanı istifadə olunacağı bildirilir. Lakin bu addım cəmiyyətdə və ekspert dairələrində suallar doğurur. Paşinyanın son aylarda daxili təhlükəsizlik strukturunu gücləndirməsi, xüsusilə də polis orqanlarını ağır texnika ilə təchiz etməsi ölkə daxilində mümkün qarşıdurmalara hazırlıq kimi qiymətləndirilir". 

Ekspert əlavə edib ki, bu addım İrəvanda hərbi qarşıdurma ehtimalından xəbər verir: "Ermənistan daxilində siyasi sabitliyin pozula biləcəyi və hakimiyyətə qarşı narazılıqların artdığı bir zamanda belə addımlar Baş nazirin potensial risklərə qarşı qabaqlayıcı tədbirlər gördüyü qənaətini gücləndirir. Bu kontekstdə, Paşinyanın İrəvanda silahlı qarşıdurma ehtimalını nəzərə alaraq hərəkətə keçdiyi istisna olunmur". 

Seçilən
39
cebheinfo.az

1Mənbələr