AZ

Trampın hədələri işə yaradı - Hindistan Rusiyadan neft idxalını dayandırdı...


ABŞ prezidenti Donald Trampın Rusiya ilə əməkdaşlıq edən ölkələri 100 faiz rüsum tətbiq etməklə hədələməsindən sonra Hindistanın dövlət neft emalı zavodları Rusiyadan idxalı dayandırıb.

“Reuters” dörd mənbəyə istinadən neft idxalının bu həftə dayandırıldığını bildirir.

Bu qərarı verən şirkətlər arasında ildə 60 milyon ton ümumi emal gücünə malik, 20 neft emalı zavodundan 10-nu idarə edən ölkənin ən böyük neft şirkəti olan “Indian Oil Corporation” da var.

“Hindustan Petroleum”, “Bharat Petroleum” və “Mangalore Rafinery Petrochemical” şirkətlərinin də idxalı dayandırdığı bildirilir. Mənbələrin məlumatına görə, bu neft emalı zavodları Rusiya neftinə alternativ olaraq Yaxın Şərq və Qərbi Afrikadakı OPEC ölkələrindən xam neft almağa başlayıb.

Qeyd edək ki, Hindistandakı Rusiya neftinin ən böyük alıcıları arasında özəl sektor nəhəngləri “Reliance Industries” və hissələrinin bir qismi “Rosneft”ə məxsus olan “Nayara Energy” yer alır. “Nayara” Avropa Birliyinin 18-ci sanksiya paketində hədəf alınan şirkətlərdən biridir. Eyni paketdə “kölgə donanmasına” aid 100-dən çox tanker də qara siyahıya salınıb.

TAHİR

Seçilən
1
baki-xeber.com

1Mənbələr