AZ

15 ildir fil xəstəliyindən əziyyət çəkir: ÇAĞIRIŞ ETDİ

Ehtiyaclarını qarşılaya bilmir, səlahiyyətlilərdən kömək istəyir

 Türkiyənin Sultanqazi bölgəsində yaşayan 49 yaşlı Seyfəddin Taşcıya 15 il əvvəl yüksək qızdırma şikayəti ilə getdiyi xəstəxanada fil xəstəliyi (limfoödem) diaqnozu qoyulub. Xəstəlik illər keçdikcə ağırlaşıb və hazırda o, yeriməkdə çətinlik çəkir, əsas ehtiyaclarını belə özü qarşılayacaq halda deyil.
Taşcı müalicə üçün müxtəlif xəstəxanalara müraciət etsə də, nəticə əldə edə bilmədiyini bildirir:
"İllərdir mübarizə aparıram, amma heç bir müalicə təklif olunmur. Artıq ehtiyaclarımı qarşılaya bilmirəm. Bütün səlahiyyətlilərdən kömək istəyirəm", - deyə o, çıxışında bildirib.


 
Həyat yoldaşı Vasfiye Taşcı da göz yaşları içində danışır:

"15 ildir eyni vəziyyətdəyik. Ərim nə tualetə, nə də çölə təkbaşına çıxa bilir. Aylarla titrəmə və qızdırma keçirir. Mən ona baxıram. Tək istəyim odur ki, bir gün o, rahat ayaqqabı geyinsin və mənimlə çöldə gəzinə bilsin."

Ailə maddi imkansızlıq səbəbindən müalicə ala bilmədiklərini və müvafiq qurumlardan kömək gözlədiklərini bildirir.



Seçilən
4
1
sherg.az

2Mənbələr