BAKI, 1 avqust. TELEQRAF
“Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Ukrayna ilə həmsərhəd Qomel vilayətində yeni hava desant-hücum briqadası formalaşdırır”.
Teleqraf xəbər verir ki, bu barədə XƏQ-in komandanı general-mayor Vadim Denisenko məlumat verib.
“Bu gün XƏQ-ə zenit-raket alayı daxil edilib. Hazırda tamamlama mərhələsindəyik və bu il raket-artilleriya alayı da yaradılacaq. Artıq 70 faiz hazırdır. Hazırda nəzarət briqadasının yaradılması məsələsi üzərində iş aparılır”, - general bildirib.