AZ

UEFA PSJ-ni cərimələdi

UEFA-nın İntizam Komitəsi Fransa nəhəngi PSJ-yə qarşı intizam işi açaraq, Paris klubunun cərimələnməsi haqda qərar qəbul edib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

UEFA PSJ-ni, 2024/2025-ci illər mövsümünün Çempionlar Liqasının “İnter”ə qarşı final oyununda parisli azarkeşlərin nümayiş etdirdiyi yolverilməz davranışları müqabilində ümumilikdə 148 min avro məbləğində cərimələyib.

Müvafiq məbləğin 100 min avrosu parisli azarkeşlərin meydana axışaraq fişənglər odlaması, 30 min avrosu meydana müxtəlif əşyalar atması, idman yarışlarının keçirilməsinə yaraşmayan ismarışlar və UEFA-nın simasına xələl gətirən davranış, 8 min avrosu isə vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır.

Xatırladaq ki, cari ilin may ayının 31-də Münhenin “Arena Münhen” stadionunda keçirilmiş həlledici oyunda PSJ İtaliya nəhəngi “İnter”i gözlənilmədən 5:0 hesabı ilə darmadağın edərək, tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Seçilən
15
arena.az

1Mənbələr