Antalya küçəsində öldürülən gənc son nəfəsində qatilinin adını çəkib.
Referans Türkiyə mediasına istinadən xəbər verir ki, keçmişdə fermasında çalışdığı Ömer Sıcakın 24 yaşlı qızı ilə münasibət quran Seyit Talayla sözügedən ailə arasında mübahisə yaranıb.
Mübahisəyə 27 yaşlı Talayın gənc qızdan ayrılması və onlara borcu olması səbəb olub.
Nəticədə gənc bıçaqlanıb və döyülərək başından ağır zərbə alıb.
Hadisə yerinə gələn polisin “Səni kim bıçaqladı?” sualına Talay “Ömer Sıcak” deyib və son nəfəsini verib.
Faktla bağlı Antalya polisi araşdırma aparır.(Musavat.com)